İsrail ordusunun Qəzza zolağında məcburi köçkünlərin sığındığı çadır və evlərə hücumları nəticəsində aralarında qadın və uşaqların da olduğu 16 fələstinli həlak olub, onlarla fələstinli yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, xəstəxana mənbələrindən verilən məlumata görə, İsrail ordusu səhər saatlarında ölkənin cənubundakı Xan Yunus bölgəsində didərgin düşmüş mülki əhalinin sığındığı çadırları və evi hədəf alıb.
Çoxlu sayda mülki şəxsin yaşadığı evə hücum nəticəsində ən azı 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Bəzilərinin dağıntılar altında qaldığı bildirilir. İsrailin pilotsuz təyyarəsinin Xan Yunisin qərbində çadırları hədəf alması nəticəsində bir qadın və uşağı ölüb, ən azı 9 nəfər yaralanıb.
İsrailin Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində bir evi bombalaması nəticəsində 4 nəfərin öldüyü və çoxlu sayda insanın yaralandığı bildirilir. İsrail ordusu Qəzza zolağının çoxsaylı bölgələrini havadan və qurudan hücumlarla hədəf almağa davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə