ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Keyt Kelloq münaqişə bitdikdən sonra Ukraynada Marşal Planına bənzər bir şeydən istifadə etməyi təklif edib.
SİA-xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kelloq xatırladıb ki, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra ABŞ Marşal Planı kimi tanınan yardım proqramı vasitəsilə Avropanın yenidən qurulmasında fəal iştirak edib. ...ABŞ və Avropa bu tədbirləri yenidən Ukraynaya münasibətdə tətbiq edə biləcək.
Bunu diplomat bildirib.
Onun sözlərinə görə, Marşal planı sayəsində ABŞ və Avropa ölkələri arasında inkişaf etmiş iqtisadi tərəfdaşlıq qurulub və indi Ukrayna ilə də eyni şey ola bilər.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bildirmişdi ki, Vaşinqton NATO müttəfiqlərini əllərində olan Patriotların bir hissəsini Ukraynaya köçürməyə razı salmağa ümid edir.
O qeyd edib ki, belə hava hücumundan müdafiə sistemləri xüsusilə Almaniya və İspaniyada mövcuddur.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə