Rusiyalı yeniyetmələr ayda orta hesabla 30 min rubldan çox qazanırlar…

…HeadHunter xidmətinin araşdırmasına görə, 14-18 yaşlı rusların orta əmək haqqı ayda 31,4 min rubl təşkil edib.

…İlin əvvəlindən yeniyetmələr 682 mindən çox CV yerləşdiriblər, işəgötürənlər isə 3 milyona yaxın dəvət göndəriblər. Bu, gənclər arasında part-time işə marağın artmasını, eləcə də biznes qurumlarının gənc mütəxəssislərə olan yüksək tələbini əks etdirir.

Yeniyetmələr daha çox xidmət, logistika və satış sektorlarında part-time işləməyi seçirlər.

SİA-nın məlumatına görə, bunu RİA Novosti yazır.

Ən çox CV-lər ofisiant, barmen və barista (9 faiz), qablaşdırıcı və montajçı (7 faiz) və satış və müştəri xidmətləri menecerləri (5 faiz) peşələri üzrə olub.

2025-ci ilin yayında yeniyetmələr arasında ən populyar 10 part-time iş də kuryerlər, ümumi işçilər, zəng mərkəzi operatorları, satış məsləhətçiləri/kassirlər, yükləyicilər və inzibatçılardan ibarət olub.

Xatırladaq ki, bundan əvvəl Rusiyada 2025-ci ildə orta əmək haqqının 105 min rublu keçə biləcəyi xəbər verilmişdi.

Bu arada, analitiklər 2025-ci ilin sonuna qədər əmək haqqının 100 min rubla qədər artacağını proqnozlaşdırırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə