Rusiyanın Çinə buğda tədarükü 13 dəfə azalıb...

Bu ilin yanvar-may aylarında Rusiyanın Çinə buğda tədarükünün həcmi 2,5 milyon dollar təşkil edib. Bu, ixracın 32,5 milyon dollara çatdığı 2024-cü ilin eyni ayları ilə müqayisədə 13 dəfə azdır.

SİA-nın məlumatına görə, bu ilin may ayında ixracda illik müqayisədə kəskin azalma müşahidə olunub: 2024-cü ildəki 7,2 milyon dollardan 2025-ci ildə 401,2 min dollara qədər.

Bu ilin yanvar-may ayları arasında altı ölkədən Çinə buğda tədarük edilib.

Kanada 259,6 milyon dollarla lider, 188,6 milyon dollarla Avstraliya üçüncü yerdədir.

“İnterfaks” bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, 2024-cü ildə Rusiyanın Çinə buğda idxalı 87,252 milyon dollar həcmində qiymətləndirilib ki, bu da əvvəlki 2023-cü ilin göstəricisindən 2,5 dəfə çoxdur.

2025-ci il martın əvvəlində bildirildi ki, cari kənd təsərrüfatı ilinin ilk səkkiz ayı ərzində Rusiya ixracatçıları ABŞ-dan olan rəqibləri keçərək Çin buğda bazarında daha güclü mövqe tutmağa nail olublar.

İyunun 18-dən 24-dək buğda ixracına qoyulan rüsumun ton üçün 566 rubla endirildiyi də yazılıb.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə