İran raketləri xəstəxanaya düşüb - İsrail həkimləri qaçıb

İran ordusu səhər saatlarında İsrailə qarşı raket hücumu həyata keçirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hücumdan sonra Təl-Əviv və Qüdsdə partlayışlar baş verib. Xəstəxanada panika anları kameraya düşüb.

İranın hücumundan sonra İsraildə bir xəstəxanada baş verən partlayışlar və dağıntılar kameralara düşüb.

İsrail ordusunun verdiyi məlumata görə, İran tərəfindən səhər saatlarında Təl-Əviv, Qüds və bir çox digər bölgələrə ballistik raketlər atılıb. Raketlərin vurulduğu bölgələrdə şiddətli partlayışlar yaşanarkən, ordu vətəndaşlara sığınacaq tapmaları barədə xəbərdarlıq edib. İsrailin fövqəladə yardım bölməsinin partlayış və dağıntıların baş verdiyi ərazilərə hərəkət etdiyi də bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə