"Cəhənnəm qapıları" bağlanır

Türkmənistandakı "Cəhənnəm qapıları" adlanan kraterin sönməyə başladığı açıqlanıb. SİA xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Bildirilir ki, Türkmənistanın Qaraqum səhrasında yarım əsrdir yanan “Cəhənnəm qapıları” krateri sönür. Tədqiqatçılar 1971-ci ildə uğursuz qazma prosesindən sonra əmələ gələn bu nəhəng çuxurda alovun parlaqlığının əhəmiyyətli dərəcədə azaldığını qeyd ediblər. Hazırda parlaq parıltı əvəzinə yalnız zəif alov müşahidə olunur. Bu, yeraltı su anbarlarından qaz axınının azalması ilə əlaqədardır, onların bir hissəsi indi qazma quyularına yönləndirilir. “Qapıların bağlanması” təşəbbüsü 2022-ci ildə prezident Qurbanqulu Berdiməhəmmədov tərəfindən metan tullantılarını azaltmaq və bu qiymətli resursun qorunub saxlanılması məqsədilə irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə