“Bu əməliyyat Bin Ladenin məhv edilməsi ilə bərabər ola bilər”

Amerikalı senator Ukrayna xüsusi xidmət orqanlarının uğurunu yüksək qiymətləndirib....

...Ukrayna Təhlükəsizlik Xidmətinin “Hörümçək toru” əməliyyatını şərh edən senator Riçard Blumental bunu terrorçu Üsamə bin Ladenin məhv edildiyi əməliyyatla müqayisə edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Senator, “Hörümçək toru” əməliyyatını Ukraynanın çevikliyinin və qətiyyətinin sübutu adlandırıb.

Blumentalın sözlərinə görə, zərbələr “Ukraynanın müharibəni uduzması ilə bağlı yanlış rəvayətləri” təkzib edir və Vaşinqtondakı təcilləri Ukraynaya yardımın artırılması lehinə dəyişə bilər.

...Onlar Ukraynadan 4000 mil uzaqlıqdakı hava bazalarını vura bilərlər. Onlar istənilən yerə zərbə endirə bilərlər. Təkcə öz bacarıq və cəsarətləri ilə bu hücumlar ABŞ-ın Usamə bin Ladenə basqını və İsrailin peycer əməliyyatı ilə yanaşı, son illərin ən böyük hərbi nailiyyətlərindən biri hesab olunur.

Bunu da amerikalı senator əlavə edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə