NATO-nun Avropa ölkələrindən xahişi...

...NATO alyansın avropalı üzvlərindən yerüstü hava hücumundan müdafiə qüvvələrini beş dəfə artırmağı xahiş edir.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.

Onlar deyirlər ki, bu yolla NATO “Rusiyanın təcavüzü təhlükəsi”nə cavab olaraq əsas boşluğu doldurmağa çalışır. ...NATO alyansın avropalı üzvlərindən yerüstü hava hücumundan müdafiə imkanlarını 5 dəfə artırmağı xahiş edir,- deyən mənbələr məsələnin iyunun 5-də Brüsseldə blokun müdafiə nazirlərinin görüşündə müzakirə ediləcəyini qeyd ediblər.

Bloomberg mənbələri həmçinin hava hücumundan müdafiə imkanlarının beş dəfə artırılmasının bütün Avropa NATO üzvləri üçün ümumi məqsəd olacağını, lakin yekun rəqəmlərin hər bir dövlət üçün fərqli olacağını qeyd edib.

Dövlətlərin bu planı hansı müddət ərzində həyata keçirməli olacağı dəqiqləşdirilməyib.

... “The Telegraph” yazır ki, NATO Böyük Britaniyanı 2032-ci ilə qədər müdafiəyə ÜDM-in 3,5 faizini xərcləməyə çağırır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə