Dağıstanda əyləncə gəmisi qaya ilə toqquşub

Dağıstanın Sulak kanyonunda əyləncə gəmisinin qaya ilə toqquşması nəticəsində bir nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə ilə bağlı məlumat 112 sistemi vasitəsilə daxil olub. Bildirilib ki, Çirkey Su Elektrik Stansiyasının yaxınlığındakı Sulak Kanyonunda əyləncə gəmisi qaya ilə toqquşub.

...Dörd nəfər xəsarət alıb. Yenilənmiş məlumata görə, icarəyə götürülmüş qayıq sürərkən qayaya çırpılıb, qayıqda 8 nəfər olub, biri qız olmaqla dörd nəfər xəsarət alıb. Yaralılar müayinə olunmaq üçün Qızılyurt Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib.

Hadisə yerinə 12 RSXM mütəxəssisi göndərilib, 6 ədəd texnika cəlb olunub.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə