...Deməli, SİA olaraq ötən gün rus nəşrlərinin yazdığına istinadən “McDonald's”-un guya Rusiyaya qayıtmaq üçün minnətçi düşdükləri barədə balaca bir yazı vermişdik...
...Amma Amerikanın "McDonald's" fast food restoranlar şəbəkəsi Rusiyada fəaliyyətini bərpa etməyi planlaşdırmır. ...Bizim mövqeyimiz aydındır və dəyişməz olaraq qalır.
Bu, korporasiya X-də Ukrayna bölməsinin səhifəsində dərc olunan bəyanatda deyilir.
...Bir gün əvvəl məlum olub ki, şirkət Rusiyada ticarət nişanlarını qeydiyyata almaq üçün ərizə verib. Bu da, onun geri dönüşü üçün zəmin hazırladığına dair şayiələrə səbəb oldu.
“McDonald's” izah edib ki, onlar sadəcə olaraq markanın icazəsiz şəxslər tərəfindən istifadə edilməsinin qarşısını almaq üçün onu qoruyurlar.
...Əqli mülkiyyət bizim ən qiymətli sərvətlərimizdən biridir. “McDonald's” bütün dünyada, hətta fəaliyyət göstərmədiyi ölkələrdə belə ticarət nişanlarına sahiblik hüququnu müntəzəm olaraq yeniləyir. Biz bunu brendimizi qorumaq üçün edirik.
Bu, bəyanatda deyilir.
Onlar xatırladıblar ki, korporasiya 2022-ci ilin mayında şəbəkənin satışını elan edərək, Ukraynaya qarşı silahlı təcavüzü pisləyən və Rusiya bazarını tərk edən ilk beynəlxalq şirkətlərdən biri olub.
...Bu qərar şirkətin dəyərlərinə sübutdur və biz bu dəyərlərə sadiq qalırıq.
Bunu da “ McDonald's” bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə