…Çeçenistanın rəhbəri Ramzan Kadırov Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsindən danışıb. SİA-nın məlumatına görə, müvafiq yazı onun Telegram kanalında yer alıb.

...Kiyev rejiminin planları növbəti dəfə tamamilə iflasa uğradı: “Hər bir rus əsgərinin qətiyyətli hərəkətləri, cəsarəti və tam fədakarlığı sayəsində düşmənin hədəfləri dəf edildi”.

...Bundan əlavə, Çeçenistan Respublikasının lideri “Axın” əməliyyatında Rusiyanın zərbə qrupları və “Axmat” xüsusi təyinatlı döyüşçülərinin fəaliyyətini xüsusi qeyd edib.

Onun sözlərinə görə, bu, Ukrayna qoşunlarına “sarıcı məğlubiyyət” verməyə kömək edib.

Kadırov həmçinin vurğulayıb ki, Kursk vilayətinin Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi Rusiya ordusunun tarixində daha bir şanlı səhifə olub.

…Vətənimizin əsl övladları bir daha sübut etdilər ki, Rusiyanı məğlub etmək olmaz: “Mən bütün həmvətənlərimizi bu mühüm hadisə münasibətilə ürəkdən təbrik edirəm”.

Bundan əvvəl bildirilib ki, Kursk vilayətinin qubernatoru vəzifəsini icra edən Aleksandr Xinşteyn Kursk vilayətinin sakinlərini Ukrayna Silahlı Qüvvələrindən azad edilməsi münasibətilə təbrik edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə