Sorğu almanların kansler Merzə münasibətini ortaya qoyur

Əksər almanlar Almaniyada seçkilərdə qalib gələn Xristian Demokrat və Xristian Sosial Birlik (CDU/CSU) blokunun lideri Fridrix Mersi kansler postuna uyğun namizəd hesab etmir.

SİA-nın məlumatına görə, bunu Forsa İnstitutunun NTV telekanalı üçün keçirdiyi sorğunun nəticələri göstərir. Sorğunun nəticələrinə görə, respondentlərin 60 faizi Merzin Almaniya kansleri postuna uyğun olduğuna inanmır, respondentlərin isə yalnız 32 faizi əks fikirdədir.

Merzin təyinatı Qərbi Almaniyada bir qədər daha çox dəstəklənir, burada respondentlərin 34 faizi onun lehinə danışıb, ölkənin şərq hissəsində bu göstərici 19 faizdir.

Merzin namizədliyi fevralda keçirilən parlament seçkilərində CDU/CSU blokunun tərəfdarları (79 faiz) və onun seçiciləri (69 faiz) arasında ən böyük dəstəyə malikdir. Eyni zamanda, digər partiyaların tərəfdarlarının əksəriyyəti onun kansler postuna uyğun olmadığı qənaətindədir.

Martın 8-də Merz CDU, CSU və Almaniya Sosial Demokrat Partiyasının daxil olduğu hakim koalisiyanın yaradılmasının uğurla başa çatdığını elan etdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə