…Litva Seymi Rusiya və Belarus vətəndaşlarının bələdiyyə seçkilərində səsvermə hüququndan məhrum edilməsini təklif edib.
SİA xəbər verir ki, bu barədə Baltikyanı respublika parlamentinin mətbuat xidməti məlumat yayıb.
Vətən İttifaqının üzvləri – Litva Xristian Demokratlar Partiyasının üzvləri Dalia Asanaviçyute və Laurynas Kasçiyunas Litva Konstitusiyasına Rusiya əleyhinə düzəlişlər etmək istəyiblər. Qeyd olunur ki, bələdiyyə seçkiləri dövlətin təhsil və dil sahəsində siyasətini müəyyən edir, ona görə də yalnız Litva və Avropa İttifaqı (Aİ) vətəndaşlarına səs vermək imkanının təmin edilməsi vacibdir.
...Təhlükələri minimuma endirmək və Estoniyadan nümunə götürmək üçün biz Aİ, AEA, NATO və İƏİT-dən kənar ölkələrin vətəndaşlarının bələdiyyə seçkilərində iştirak hüququnun məhdudlaşdırılmasını təklif edirik. Həmçinin Seçki Məcəlləsinə və Konstitusiyaya dəyişiklik etməklə seçkilərdə iştirak etmək hüququnu məhdudlaşdırmaq,- deyə Asanaviçyutçe bildirib.
Bundan əvvəl Estoniyada Rusiya vətəndaşlarını səsvermə hüququndan məhrum edən Konstitusiyaya düzəlişlər edilib. Tallin şəhərinin meri Yevgeni Osinovski Rusiya əleyhinə əsas qanuna düzəlişləri dəlilik adlandırıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə