Tramp Kanadanın baş naziri ilə məhsuldar danışıqlar apardığını açıqlayıb

ABŞ Prezidenti Donald Trampla Kanadanın yeni baş naziri Mark Mark Karni arasında telefon danışığı olub.

SIA xəbər verir ki, bunu Donald Tramp açıqlayıb. O, danışığın məhsuldar keçdiyini bildirib.

“Biz bir çox məsələlərdə ortaq fikrə sahibik. Kanadada qarşıdan gələn seçkilərdən dərhal sonra siyasət, biznes və bütün digər sahələrdə işləmək üçün görüşmək barədə razılaşdıq. Bu, nəticə etibarilə həm Amerika Birləşmiş Ştatları, həm də Kanada üçün faydalı olacaq”, - deyə Tramp əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə