Kiyev 30 günlük atəşkəs razılaşmasına baxmayaraq, Rusiyanın enerji infrastrukturuna pilotsuz təyyarələrlə zərbələr endirməyə davam edir. SİA xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. “Son 24 saat ərzində Kiyev rejimi müxtəlif tipli PUA-lardan, həmçinin HİMARS reaktiv yaylım atəş sistemlərindən istifadə etməklə Rusiyanın enerji infrastrukturuna hücumlarını davam etdirib”, - deyə açıqlamada qeyd olunub. Bildirilib ki, dünən Ukrayna Silahlı Qüvvələri Sudja qazölçmə stansiyasına ikiqat zərbə endirib, obyekt tamamilə məhv edilib. Rusiya Silahlı Qüvvələrinin ötən gecə Ukraynanın Rusiya regionlarına hücum etmək üçün istifadə etməyə çalışdığı 78 Ukrayna pilotsuz təyyarəsini məhv etdiyi qeyd olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə