Böyük Britaniyanın baş naziri Keir Starmer bildirib ki, Avropa qoşunlarının Ukraynaya bu və ya digər formada mümkün yerləşdirilməsi Rusiya lideri Vladimir Putinə siqnal olacaq.
SİA-nın məlumatına görə, onun mətbuat konfransındakı sözlərini “The Guardian” qəzeti sitat gətirir.
Jurnalistin respublika ərazisinə yerləşdirilə biləcək Avropa qoşunlarının rolu ilə bağlı sualına Starmer deyib ki, onlar Ukrayna Silahlı Qüvvələrinin “gücü” ilə dəstəklənəcək və Rusiya prezidentinə “bu, müdafiə olunacaq bir razılaşmadır” siqnalı verəcək çəkindirici qüvvəyə çevriləcəklər.
…Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, Ukrayna ilə müttəfiq olan bəzi ölkələrin xarici işlər nazirləri Moskva və Kiyevlə məsləhətləşmələrdən sonra yaradıla biləcək atəşkəsə əməl olunmasına nəzarət etmək üçün plan hazırlayacaqlar.
Onun sözlərinə görə, üç həftə ərzində “davamlı atəşkəs rejiminə riayət olunmasına nəzarət etmək” təklifi hazırlanacaq.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə