Müslümün kilsədə dua etməsi Rusiyada ictimai etiraza səbəb olub

SİA oxuculrının yadında olar, çünki bir müddət bundan əvvəl bununla bağlı yazı tirajlamışdıq.

Deməli, Rusiyanın Novosibirsk Şəhər Şurasının deputatı Rostislav Antonov o vaxt bir müsəlmanın Voloqdadakı pravoslav kilsəsində namaz qılınması ilə bağlı yaşanan insidentli hadisədən danışıb.

…Antonov bildirib ki, o, Rusiya xalqlarının hörmət etdiyi bütün dinlərə və adət-ənənələrə hörmət edir. Bununla belə, pravoslav kilsəsində dua kimi hərəkətlər anlaşılmazlıqlara və münaqişələrə səbəb ola bilər.

O, pravoslavların məscidlərdə ayinlər yerinə yetirmədiyini, orada şam yandırmadığını, xristian şəkilinin özü ilə məscidə gətirib dua etmədiyini,.. müsəlmanın isə pravoslav ziyarətgahına gələrək İslamla bağlı ayin icra etdiyini vurğulayıb.

Parlamentari Rusiya Federasiyasının müsəlman icmasını xristian inancına, o cümlədən dinin pravoslav qoluna hörmət göstərməyə çağırıb.

Deputat onu da diqqətə çatdırıb ki, namazın da daxil olduğu ibadət mərasimlərinin bu məqsədlə xüsusi ayrılmış yerlərdə aparılması daha məqsədəuyğundur.

Antonov vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı Rusiyada həmvətənlərin maraqlarının nəzərə alınması vacibdir.

Siyasətçi dindarların və dini icmalara mənsub olmayanların hüquqlarına hörmət etməyə çağırıb.

Onun fikrincə, yalnız qarşılıqlı hörmət və aydın mənəvi sərhədlər geniş vətənimizin mədəni irsini qoruyub saxlaya bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə