Belarusda əməkçi miqrantların ümumi sayı isə 2,5 dəfə artıb…

Ölkədə Türkmənistandan olan əməkçi miqrantların sayı bir il ərzində 8 dəfə artıb…

Belarusiyaya əcnəbi işçilərin axını kəskin artıb.

SİA-nın Belarus saytlarından əldə etdiyi məlumata görə 2024-cü ildə bu ölkəyə işləmək üçün 33,8 min əməkçi miqrant gəlib.

Deyilənlərə görə, bu, 2023-cü ildəkindən iki yarım dəfə çoxdur.

Bunu “Belaruslar və Bazar” nəşri qeyd edib.

Qeyd edilməlidir ki, Belarusa ən çox yeni miqrant Türkmənistandan gəlib, il ərzində 16,3 min nəfər.

Belə görünür ki, 2023-cü illə müqayisədə bu ölkədən miqrant axını 8 dəfə artıb.

İkinci yerdə geniş fərqlə Rusiya vətəndaşlarıdır - 4,1 min nəfər. Onları çinlilər (2,8 min), ukraynalılar (2,5 min), özbəklər (2 min) izləyir.

Əmək miqrasiyasının kəskin artması onunla izah olunur ki, son illərdə rəsmi Minsk əcnəbilərin işə götürülməsi qaydalarını xeyli sadələşdirib.

Xatırladaq ki, 2023-cü ilin ortalarında “Xarici əmək miqrasiyası haqqında” yeni qanun qüvvəyə minib. Bu, müəyyən kateqoriyalı əcnəbilərə Belarusun əmək bazarında sadələşdirilmiş prosedurdan istifadə etməklə - xüsusi icazələr olmadan özlərini leqallaşdırmağa imkan verir.

İşəgötürən sadəcə olaraq əmək müqaviləsinin bağlanması barədə səlahiyyətli orqanlara məlumat verməlidir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə