Çexiya da Slovakiyadan mal-qaranın idxalını müvəqqəti olaraq qadağan ediblər.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Slovakiyada dabaq xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
…Cümə axşamı, martın 27-də Çexiya Slovakiya ilə bəzi sərhəd-keçid məntəqələrini bağlayır.
Səbəb ölkədə dabaq xəstəliyinin yayılması olub.
CTK-nın Çexiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Çexiya-Slovakiya sərhədində yükdaşımalar dörd nəzarət-buraxılış məntəqəsində dezinfeksiyaedici vasitələrdən istifadə edilməklə həyata keçiriləcək.
Yeri gəlmişkən, Slovakiyada dabaq xəstəliyinin yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
Nazirlər Kabinetinin qərarına əsasən, martın 25-dən ölkə ərazisində fövqəladə vəziyyət elan edilib.
Qeyd edək ki, Rusiyanın Novosibirsk vilayətində də dabaq xəstəliyi yerli maldarlar üçün ciddi problemlər yaradır.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB