İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi zərərsizləşdirib

İsrail Hərbi Hava Qüvvələri Yəməndən atılan raketi İsrail hüdudlarından kənarda zərərsizləşdirib. SİA xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"İsrailin bir neçə bölgəsində siqnallar səsləndikdən sonra Yəməndən atılan raket ölkə sərhədini keçməzdən əvvəl İsrail Hərbi Hava Qüvvələri onu zərəsizləşdirib", - məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə