Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən 3 ay sonra Almaniya bu ölkədəki səfirliyini yenidən açıb. Bu barədə cümə axşamı, martın 20-də Spiegel xəbər yayıb.
Xarici işlər naziri Annalena Baerbok Dəməşqə səfəri zamanı Suriyada vətəndaş müharibəsinin başlamasından sonra 2012-ci ildə bağlanan səfirliyi yenidən açıb.
Hazırda xarici nümayəndəlik hələ tam fəaliyyət göstərmir və Almaniya vətəndaşları üçün açıq deyil. "Dəməşqdəki səfirlik növbəti xəbərdarlığa qədər bağlıdır. Müstəsna hallarda Suriyadakı Almaniya vətəndaşlarına konsulluq yardımı göstərilə bilməz", - səfirliyin saytında deyilir.
Xatırladaq ki, Almaniya Suriyaya və suriyalı qaçqınları qəbul edən ölkələrə humanitar yardım üçün daha 300 milyon avro ayırmağı planlaşdırır.
Avropa Birliyi bu yaxınlarda Suriya və suriyalı qaçqınları qəbul edən region ölkələri üçün 2,5 milyard avro maliyyə dəstəyi ayırdığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə