Peskov Putinin hərbi formasını Kurskda döyüşlərin bitməsi ilə əlaqələndirib

Rusiya prezidenti Vladimir Putinin ötən gün geyindiyi hərbi geyim onun yaxın gələcəkdə Kursk bölgəsini azad etmək əzmi ilə bağlıdır.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə onun mətbuat katibi Dmitri Peskov bildirib.

...Bu, daha çox, Kursk bölgəsinin azad edilməsini yaxın gələcəkdə başa çatdırmaq əzminin siqnalıdır, -deyib Peskov.

Qeyd edək ki, martın 12-də axşam prezidentin Kursk vilayətinə səfərinin kadrları dərc olunub. O, bölgədə hərbi əməliyyatlar başlayandan bəri ilk dəfədir ki, gəlib.

Kadrlarda Putin kamuflyaj forması geyinib.

Peskov bir müddət əvvəl jurnalistlərin hərbi forma ilə bağlı suallarını cavablandırarkən bildirmişdi ki, dövlət başçısı onu geyinməyi zəruri hesab edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə