Sankt-Peterburqdan olan tələbə kontakt linzalardan istifadə nəticəsində yaranan göz problemi səbəbindən xəstəxanaya getdikdən sonra Voronejdə dünyasını dəyişib.
SİA-nın məlumatına görə, bu barədə KP.RU yazır ki,
Əvvəlcə həkimlər 18 yaşlı qıza damcı təyin ediblər, lakin onda fotofobi və şişkinlik yaranıb.
Xəstənin xəstəxanaya yerləşdirilməsi rədd edilib.
Gözü üçnü məlhəm təyin edilib, bu da kömək etməyib.
Yenidən həkimlərin qəbuluna gedəndə qız xəstəxanaya yerləşdirilib və birbaşa gözünə hansısa maddə vurulub, sonra huşunu itirib.
Qız özünə qaytarılıb, lakin bədənin reaksiyasına görə ikinci inyeksiya təxirə salınıb.
Bir neçə saat sonra qız nəfəs almaqda çətinlik çəkdiyindən anasına şikayət edib və sonra dünyasını dəyişib.
Onun astma və buğda və dəniz məhsullarına qarşı allergiyası barədə həkimlərə xəbərdarlıq etdiyi bilinir.
Hadisənin bütün şəraiti aydınlaşdırılır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə