Filippin Hərbi Hava Qüvvələrinin FA-50 tipli döyüş təyyarəsi təlim vaxtı olmadan yola düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, “Philstar” qəzetinin məlumatına görə, təlim çərçivəsində FA-50 tipli döyüş təyyarələri Sebu şəhərindən havaya qalxıb.
Təyyarələr hədəf alınan əraziyə çatmazdan bir neçə dəqiqə əvvəl onlardan biri ilə əlaqə kəsilib. Digər təyyarələrin itmiş təyyarə ilə əlaqə saxlamaq cəhdləri uğursuz alınıb. Hərbi Hava Qüvvələri itkin düşən təyyarənin və ekipajının tapılması üçün axtarış işlərinə başlanıldığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə