Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti yaxşılaşmağa davam edir. SİA xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
“Pontifik gün ərzində növbə ilə yüksək axınlı oksigen terapiyasından və maskadan istifadə edib. Klinik mənzərənin mürəkkəbliyini nəzərə alaraq, xəstəliyin gedişatını dəqiq qiymətləndirmək üçün bir neçə gün daha stabil vəziyyətin davam etməsi lazımdır. Tənəffüs fizioterapiyası tətbiq olunan papa, həmçinin istirahət və dua edib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 14-dən etibarən Romadakı “Gemelli” xəstəxanasına yerləşdirilən 88 yaşlı Fransiskə polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə