...Əgər Volodimir Zelenski faydalı qazıntıların hasilatı ilə bağlı saziş imzalamasa, Birləşmiş Ştatlar Ukraynaya Starlink xidmətlərini dayandıra bilər.
SİA-nın məlumatına görə, bunu Reuters mənbələri The Verge-ə bildiriblər.
Nəşr qeyd edir ki, Ukraynanın kritik mineral ehtiyatlarına çıxış əldə etmək istəyən amerikalı müzakirəçilər ölkənin həyati əhəmiyyət kəsb edən Starlink peyk internet sisteminə çıxışını kəsmək ehtimalını qaldırıblar.
Mövzunun ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq ilə Zelenskinin özü arasında keçirilən görüşdə müzakirə edildiyi iddia edilib.
Məqalədə Starlink-in bağlanmasının Ukraynaya böyük zərbə olacağı vurğulanır.
Bundan əvvəl, fevralın 3-də ABŞ prezidenti Donald Tramp vurğulamışdı ki, Vaşinqton nadir torpaq metallarının tədarükü ilə bağlı Kiyevdən zəmanət gözləyir və bununla da Ukraynaya ayrılan 400-500 milyard dollar məbləğində vəsaiti kompensasiya etməyə çalışır. Bundan əvvəl Sky News Zelenskinin resursların istifadəsi ilə bağlı müqavilə imzalamağa hazır olmadığını bildirmişdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə