Avropa İttifaqına üzv ölkələrin cəmi dövlət borcu ümumi daxili məhsulun (UDM) 81,5 faizinə bərabərdir. SİA xəbər verir ki, məlumatı Avropa Statistika Ofisi (Avrostat) açıqlayıb. Qurumun statistikasına görə 6 ölkənin dövlət borcu ÜDM-in 100 faizini ötüb.
Ən yüksək borc səviyyəsi Yunanıstanda qeydə alınıb. Burada dövlət borcu ÜDM-in 163,6 faizinə bərabərdir. Növbəti yerləri İtaliya (137 faiz), Fransa (112,2 faiz), Belçika (108 faiz), İspaniya (105,3 faiz) və Portuqaliya (100,6 faiz) bölüşür.
İl ərzində İttifaq ölkələrinin ümumi dövlət borcu 1 faizədək artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə