Ali Radanın deputatı Oleksiy Qonçarenko bəyan edib ki, Avropa Komissiyası Kiyevə tam tərkibdə səfər edəcək.
SİA-nın məlumatına görə, o, bu barədə öz Telegram kanalında danışıb.
…Fevralın 24-də bütün Avropa Komissiyası Kiyevə gələcək! Bu, siyasətçinin mesajında deyilir.
2024-cü ilin noyabrında Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro məbləğində əlavə yardımın ayrılmasını təsdiqləyib.
Avropa liderlərinin Donald Trampın prezident seçkilərində qələbəsindən sonra ABŞ-ın iştirakı olmadan Ukraynaya yardım variantlarını nəzərdən keçirdikləri də bildirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə