İranda dəhşətli qətl

İranın Şuştər şəhərində Atifə Zoğeybi adlı gənc qadın çərşənbə günü yeni doğulmuş uşağı qucağında ola-ola atası və qardaşı tərəfindən 16 güllə ilə vurularaq öldürülüb. SİA xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

Qeyd olunur ki, 17 yaşlı Atifə iki il əvvəl evlənməyi planlaşdırdığı gənclə qaçıb. Ailəyə yaxın mənbələrə görə, Atifənin əri bir il əvvəl qəbilə toplantısı zamanı mübahisələrə son qoymaq və onların evliliyini tanıması üçün Zoğeybi ailəsinə 600 milyon tümən ödəyib. Lakin adətə uyğun olaraq verilən bu ödənişi Atifənin atasının almasına baxmayaraq, məsələnin həllinə razı olmadığını və qızını öldürəcəyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə