İsveçdə məktəb işçisi hücuma məruz qalıb

İsveçin Upplands-Vesbü bələdiyyəsindəki məktəbin ərazisinə bir neçə polis patrulu və təcili yardım avtomobili gəlib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, məktəb direktorunun dediyinə görə, məktəbin işçisi hücuma məruz qalıb. Polisin məlumatına əsasən, zərərçəkmiş təcili tibbi yardım helikopteri ilə xəstəxanaya çatdırılıb.

Şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi təmin edilib. Polis zərərçəkmişin iti əşya ilə xəsarət aldığını bildirir. Hücum adam öldürməyə cəhd kimi tövsif olunur və hadisəni törədən şəxs hələ ki, azadlıqdadır.

Hadisə yerində helikopter və axtarış itlərinin cəlb olunduğu böyük polis əməliyyatı aparılıb. Polis nümayəndəsi Rebekka Landberq fotosu əldə olan şübhəlinin aparıldığını bildirib. Lakin onun şəxsiyyəti hələ ki, təsdiqlənməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə