Britaniyalı alim deyir ki, dünya dünyanın sonu ilə üz-üzədir...

Dr Nafeez Əhməd deyir ki, sivilizasiya böhrana doğru gedir

...Onun sözlərinə görə, avtoritar siyasi meyllər və yanacaq sektorunun hökmranlığı sivilizasiya üçün ciddi təhlükə yaradır. Əhməd iddia edir ki, həyat qurtaran innovativ texnologiyalar köhnə mərkəzləşdirilmiş sistemlərdə mövcud ola bilməz.

Beləliklə, SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Böyük Britaniyanın Şumaxer Davamlı Sistemlər İnstitutunun aparıcı tədqiqatçısı Dr Nafeez Əhməd hesab edir ki, müasir sivilizasiya dağılmaq astanasındadır.

O, öz arqumentlərini “Foresight” jurnalında dərc olunan məqaləsində təqdim edib.

Əhmədin fikrincə, istənilən sivilizasiyanın inkişafı dörd mərhələdən keçir: böyümə, sabitlik, tənəzzül və son transformasiya.

O hesab edir ki, indiki sivilizasiya artıq tənəzzül mərhələsinə qədəm qoyub və bu mərhələ çox sürətlə keçir.

Alim əmindir ki, dünya ictimaiyyətinin növbəti beş ildəki fəaliyyəti bütün əsr boyu qorunub saxlanacaq rifah səviyyəsini müəyyən edəcək.

Xatırladaq ki, bundan əvvəl kanadalı alim Vatslav Smil dünyanın sonu ilə bağlı radikal ssenariləri rədd etmişdi.

...Və bundan əvvəl internetdə Altay şahzadəsinin bəşəriyyəti dünyanın sonundan xilas edə biləcəyi barədə xəbərlər yayılmışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə