Tulada yanan hərbi hospitalın qülləsi uçub.
SİA xəbər verir ki, bu barədə “Tula Zhest” Telegram kanalı məlumat yayıb.
Baza Telegram kanalının məlumatına görə, xilasedicilər bu qərarı xüsusi olaraq qüllənin küçəyə düşməsinin qarşısını almaq üçün qəbul ediblər.
Müəlliflərin sözlərinə görə, yanğının sahəsi 1 min kvadratmetri keçib.
Yanvarın 13-də günorta saatlarında Tulanın mərkəzindəki hərbi hospitalda yanğın baş verib. Binanın dam örtüyü qismən uçub.
Tula vilayəti hökuməti yanğının elektrik naqillərində nasazlıq səbəbindən başlaya biləcəyini bildirib. İlkin məlumata görə, yanğın yardımçı otaqda başlayıb.
Ölən və yaralananlar barədə məlumat verilmir. Müalicə müəssisəsində orduda xidmət edən rusiyalı hərbçilər müalicə olunurdu. Vilayətin qubernatoru Dmitri Milyayev bildirib ki, bütün xəstələr başqa xəstəxanalara yerləşdirilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə