Yanvarın 12-də Donetsk Xalq Respublikasının İlovaysk vilayətində baş verən avtobus qəzasında xəsarət alanların sayı 33 nəfərə çatıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin regional idarəsindən məlumat verilib.
...Qəza nəticəsində 3 sərnişin ölüb, 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - deyə idarədən bildirilib.
59 yaşlı avtobus sürücüsünə qarşı “Təhlükəsizlik tələblərinə cavab verməyən xidmət göstərmə” maddəsi ilə cinayət işi açılıb.
Onu 7 ilə qədər həbs gözləyir. Qəza Donetsk, Xartsizsk və Amvrosievka şəhərlərini birləşdirən yolda, İlovaysk ərazisində baş verib.
Avtobus Krasnodar-Donetsk marşrutu ilə hərəkət edirmiş. İlkin məlumata görə, sürücü idarəetməni itirərək qarşıdakı zolağa çıxıb və aşıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə