Ukrayna Suriya ilə diplomatik münasibətləri bərpa edir..?

...Ukrayna prezidenti Vladimir Zelenski Suriyanın yeni hakimiyyətini dəstəkləmək üçün Ukraynanın “avropalılar və ABŞ ilə əlaqə saxlayacağını” bildirib və həmçinin iki dövlət arasında diplomatik münasibətlərin gözlənilən bərpasını elan edib.

SİA-nın məlumatına görə, müvafiq açıqlamalar onun Telegram kanalında verilib.

...Bu il biz etibarlı tərəfdaşlarımız sırasına daha çox ölkə əlavə edə bilərik. Xüsusilə Suriya. Biz Suriya ilə diplomatik münasibətləri bərpa etməyə hazırlaşırıq, - deyə Zelenski bildirib.

Aydın olur ki, dövlət başçısı Ukraynanın xarici işlər və aqrar siyasət nazirlərinin Suriyaya səfəri ilə bağlı hesabatını dinləyib və bəyan edib ki, “Ukraynadan taxıl” proqramı Suriya administrasiyası və bütün ölkələrlə əməkdaşlıq üçün yaradılacaq.

Suriyada hakimiyyət dəyişikliyindən az sonra Zelenski rəsmiləri ilə bu Yaxın Şərq ölkəsinə yardımı müzakirə edib, həmçinin Ukraynanın vəziyyəti sabitləşdirməkdə maraqlı olduğunu vurğulayıb. Dekabrın 27-də beş yüz ton Ukrayna buğda ununun humanitar yük kimi Suriyaya göndəriləcəyi açıqlanıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə