Bu ölkə 5G rabitə sistemi hazırlayıb

Çinli alimlər 10 min istifadəçi, o cümlədən döyüş robotları üçün rabitə təmin edə bilən beşinci nəsil (5G) mobil rabitə sistemi hazırlayıblar. SİA-nın məlumatına görə, bu barədə "South China Morning Post" (SCMP) qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, bu, üç kilometr radiusda təhlükəsiz və etibarlı məlumatötürmə xidmətləri təqdim edən bu tip ilk mobil baza stansiyasıdır. Sistem "China Mobile Communications Group" və Çin Xalq Azadlıq Ordusu (ÇXAO) tərəfindən hazırlanıb. Robot hərbçilər çətin relyefdə, istər dağlıq ərazilərdə, istərsə də sıx şəhər ərazilərində 80 km/saat sürətlə hərəkət etdiyi halda belə, stansiya 15 millisaniyədən az gecikmə ilə saniyədə 10 giqabit sabit ötürmə qabiliyyətinə malikdir.

Məqalədə qeyd olunur ki, hazırda Çin güclü və ucuz pilotsuz uçuş aparatlarından, özüyeriyən robot maşınlarından və pilotsuz döyüş platformalarından ibarət dünyanın ən böyük məsafədən idarə olunan robot ordusunu yaradır. Gözlənilir ki, bu ordu zaman keçdikcə ÇXAO-nun canlı qüvvəsini üstələyəcək və gələcək müharibələrdə insanları əvəz edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə