Rusiya bölgəsi üzərində pilotsuz uçan aparat vurulub

...Bryansk vilayəti üzərində hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus təyyarə tipli pilotsuz uçuş aparatını (PUA) vurub.

SİA-nın məlumatına görə, bu barədə Rusiya sərhəd vilayətinin qubernatoru Aleksandr Boqomaz Telegram kanalında bildirib.

...Hər hansı xəsarət və dağıntı olmayıb. Hadisə yerində operativ və fövqəladə xidmətlər işləyir, - deyə Boqomaz bildirib.

Dekabrın 22-də günorta məlum olub ki, Ukrayna Silahlı Qüvvələri bir sutka ərzində Belqorod vilayətində 12 yaşayış məntəqəsinə hücum edib.

Nikolskoye, Petrovka, Puşkarnoye, Repnoye, Tavrovo və Yasnıye Zori kəndləri də hücuma məruz qalıb.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi dekabrın 22-nə keçən gecə Rusiya Federasiyasının vilayətləri üzərində Ukraynaya məxsus 42 pilotsuz təyyarənin vurulduğunu bildirib.

Müdafiə idarəsi bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus 20 pilotsuz uçan aparat Oryol vilayəti üzərində ələ keçirilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə