Dünya artıq Əsədin milyardlarının ovuna başlayıb...

Deyilənlərə görə, bu pulun arxasınca getmək maraqlı olacaq..?

...Suriyada Bəşər Əsəd rejiminin süqutundan sonra onun ailəsi tərəfindən onilliklər boyu sürən avtokratik idarəçilik zamanı gizlədilən milyardlarla dolların dünyada ovuna başlanılıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu “The Wall Street Journal” yazır.

Səddam Hüseyn və Müəmmər Qəddafi kimi digər diktatorlar tərəfindən xaricdə gizlədilən sərvətləri bərpa etmək üçün uzun illər davam edən səyləri nəzərə alsaq, bu pulun axtarışı çox güman ki, mürəkkəb və uzun olacaq.

Deyilənlərə görə, Əsəd ailəsi Hafiz Əsədin 1970-ci ildə hakimiyyətə gəlişindən bəri mürəkkəb investisiyalar və biznes aktivləri şəbəkəsi qurub.

....Bəşər Əsədin yaxın qohumlarının əldə etdiyi vəsaitlər arasında Rusiyada daşınmaz əmlak, Vyanada butik otellər və Dubayda şəxsi təyyarələr var.

Bunu keçmiş amerikalı məmurlar qeyd ediblər.

...İnsan haqları hüquqşünasları artıq Suriya xalqına qaytarmaq məqsədi ilə bu aktivlərin izini sürməyi planlaşdırır.

...Beynəlxalq səviyyədə rejim aktivləri üçün ov olacaq. Onların həmişə B planı var idi, ona görə də indi qovulmağa yaxşı hazırlaşırlar.

Bunu keçmiş Ağ Ev rəsmisi Endryu Tabler deyib.

...Qeyd edək ki, Əsəd ailəsinin sərvətinin dəqiq ölçüsü məlum deyil. ABŞ Dövlət Departamentinin 2022-ci il hesabatına görə, Əsədlə əlaqəli aktivlər 1 milyard dollardan 12 milyard dollara qədər dəyişə bilər.

Sərvət inhisarçılıq və qeyri-qanuni ticarət, xüsusən də Captagon narkotik vasitəsi ilə əldə edilmişdir, vəsaitlərin bir hissəsi beynəlxalq hüquqa tabe olmayan yurisdiksiyalara yenidən investisiya edilmişdir.

...2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsindən bəri suriyalılar yoxsulluğa düçar olublar və bunun hələ nə qədər çəkəcəyi də məlum deyi.

...Və maraqlı bir fakt.
Rejimin əsas fiqurları arasında Bəşərin həyat yoldaşı, JPMorgan-da keçmiş bankir kimi ailənin maliyyə əməliyyatlarında fəal iştirak edən Əsma Əsəd də var.

...Bu qadın hakim ailənin maliyyə cinayətlərində olduğu kimi cinayət zorakılığında da mahir idi.

Bunu vəkil Tobi Cadman deyib.

Yeri gəlmişkən, artıq aktivlərin dondurulması cəhdlərinə başlanılıb. Belə ki, 2019-cu ildə Paris məhkəməsi Bəşər Əsədin əmisi Rifata məxsus dövlət vəsaitlərinin yuyulması yolu ilə əldə edilmiş 90 milyon avro dəyərində əmlakı bloklayıb.

Bununla belə, Dubay və ya Rusiya kimi vergi cənnətlərindən aktivlərin geri qaytarılması daha çətin hesab olunur.

...Əsəd klanının aktivləri onilliklər ərzində yığılıb. Məsləhətçilərin və tədqiqat təşkilatlarının fikrincə, ailə Argentinada daşınmaz əmlaka, otellərə və hətta çay plantasiyasına sərmayə qoyub. Bir çox aktivlər qabıq şirkətləri vasitəsilə idarə olunurdu, bu da onları izləməyi çətinləşdirirdi.

2020-ci ildə Bəşər Əsədlə onun əmisi oğlu, rejimin əsas maliyyəçisi Rami Maxlouf arasında münasibətlər pisləşdiyi üçün əmioğlu əhəmiyyətli aktivlərə nəzarətdən kənarlaşdırıldı.

Amma onun oğulları Dubaydakı lüks gecə klublarından fotoşəkillər dərc edərək “svil” yaşamağa davam etdiklərini nümayiş etdirdilər.

Sanksiyalara və beynəlxalq araşdırmalara baxmayaraq, Əsəd ailəsinin bir çox üzvü əlçatmaz qalır və onların dəqiq harada olduqları bilinmir.

Maxlouf vəzifəsindən kənarlaşdırılmasından sonra Əsma Əsəd rejimin əhəmiyyətli aktivlərini, o cümlədən əsas telekommunikasiya operatoruna nəzarəti idarə etməyə başlayıb.

İnsan haqları üzrə vəkil Villiam Burdon deyib ki, “bizim pulu Suriya xalqına qaytarmaq öhdəliyimiz var”.

Amma bəzi suriyalılar artıq işləri öz əllərinə alıblar. Belə ki, onlar Əsədlərin malikanələrini, o cümlədən dəbdəbəli avtomobillərini və sənət əsərlərinin olduğu qarajları qarət ediblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə