Dnepropetrovsk şəhərində (şəhərin ukraynaca adı Dneprdir-A.B.) terror aktı baş verib.
SİA-nın məlumatına görə, Maksim Bujanski bu barədə Ali Radaya məlumat verib.
...Dneprdə terror aktı. Təfərrüatlar səlahiyyətli şəxslər tərəfindən veriləcək, amma kiminsə müharibə təzahürləri yoxdursa, bu, onlar idi.
Bunu xalq deputatı yazıb.
Şəhərdə baş verən terror aktının mahiyyəti hələlik məlum deyil. Daha əvvəl bildirilmişdi ki, Dnepropetrovskda çərşənbə günü, dekabrın 11-i günorta saatlarında partlayış baş verib. Saat 12:05-də partlayış barədə məlumat verilib, bundan sonra qanadlı raket təhlükəsi ilə əlaqədar ərazidə hava həyəcanı elan edilib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə