Böyük Britaniyanın Baş naziri Kir Starmer ölkəsinin Donald Tramp Ağ evə qayıdanda ABŞ və Avropa İttifaqı (Aİ) arasında seçim edəcəyi ilə bağlı fikirləri qətiyyətlə rədd edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, o, hər iki tərəfdaşla əlaqələrin gücləndirilməsinin milli maraqlar üçün vacib olduğunu vurğulayıb. Starmer hökumətinin ABŞ ilə tərəfdaşlıqdan heç vaxt imtina etməyəcəyini və eyni zamanda, Avropa ilə daha güclü əlaqələr qurmaq istədiyini deyib. Baş nazir dünyanın təhlükəli dövrlər yaşadığını vurğulayaraq sabitliyin inkişaf üçün vacib olduğunu əlavə edib.
Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Avropa ilə ticarət sahəsində müharibəyə başlaya biləcəyi və Ukraynaya dəstək də daxil olmaqla, hətta NATO-ya dəstəyi azalda biləcəyi ilə bağlı uzun müddətdir spekulyasiyalar mövcuddur. Belə bir vəziyyətdə, analitiklər Britaniyanın tərəf seçmək məcburiyyətində qala biləcəyi fikrini irəli sürürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə