Ukrayna və Rusiya ölən hərbçilərin cəsədlərinin növbəti mübadiləsini həyata keçirib. 502 həlak olanın cəsədi Ukraynaya qaytarılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı bildirib.
Departament aydınlaşdırıb ki, Donetsk istiqamətində 397, Luqanskda 24, Zaporojyedə 64 hərbçi həlak olub, daha 17 cəsəd isə Rusiyada morqlardadır.
...Ekspert qurumlarla birlikdə ölənlərin şəxsiyyəti ən qısa zamanda müəyyən ediləcək, - qərargahdan bildirilib.
Özünü müharibə müxbiri adlandıran “Komsomolskaya Pravda”nın əməkdaşı Aleksandr Kots 48 ölən əsgərin cəsədinin Rusiyaya təhvil verildiyini bildirib.
Sonuncu cəsəd mübadiləsi noyabrın 8-də baş tutub.
Daha sonra Ukrayna 563, Rusiya isə 37 ölü əsgər cəsədi alıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə