Rusiyanın Stokholmdakı səfirliyinə drondan boya atılıb

...Naməlum pilotsuz təyyarə cümə günü İsveçin paytaxtı Stokholmdakı Rusiya səfirliyinin üzərindən uçaraq kompleksin üzərinə boya atıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat verib.

Hadisə səhər tezdən baş verib. Hələlik heç kim saxlanılmayıb və şübhəli şəxs yoxdur.

İstintaq bu hadisənin İsveçin Moskvadakı səfirliyində vandalizm aktı ilə bağlı olub-olmadığını yoxlamaq niyyətindədir.

Bunu isə Reuters xəbər verir.

Rusiyanın İsveçdəki səfirliyi “hərtərəfli, qərəzsiz araşdırmaya” çağırıb və əlavə edib ki, bu, Rusiya diplomatik missiyasına qarşı ilk insident deyil.

...Bundan əvvəl xəbər verilmişdi ki, cümə axşamı səhər Moskvada bir neçə gənc İsveç səfirliyinin Mosfilmovskaya küçəsindəki binasına yaxınlaşaraq boya butulkaları atmağa başlayıblar.

Hücum edən şəxslər yerindəcə saxlanılıb. Mash teleqram kanalı yazıb ki, ilkin məlumata görə, onlar İsveç hökumətinin yaxın vaxtlarda Ukraynaya döyüş sursatının tədarükünü artırmaq barədə bəyanatlarına görə binanı rəngləyiblər.

İsveç Xarici İşlər Nazirliyi Moskvanı İsveç diplomatik missiyasının və əməkdaşlarının mühafizəsini təmin etməyə çağırıb. İsveç Xarici İşlər Nazirliyi Stokholmda baş verən pilotsuz təyyarə ilə bağlı hələlik şərh verməyib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə