Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun başçılıq etdiyi Rusiya nümayəndə heyəti Kabilə səfəri zamanı Əfqanıstan rəhbərliyi ilə hədiyyə mübadiləsi aparıb. SİA xəbər verir ki, bu barədə "RİA Novosti" bildirib. Şoyqunun "Taliban" hökumətində baş nazirin müavini vəzifəsini tutan Əbdül-Kəbir Məhəmmədlə görüşünün yekununda hədiyyələşmə olub.
Məlumata görə, Şoyqu Əfqanıstan tərəfinə xəncər hədiyyə edib, Əfqanıstan nümayəndələri isə ona xalçalar hədiyyə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə