“Paylan azərbaycanlıların Sevanda istirahət etmələrini "xəyal edir"..?”

Bunu Karo Paylan deyib və indi bu da ermənilərə xoş gəlməyib..?

...Erməni saytlarının yazdığına görə, Türkiyə Böyük Millət Məclisinin erməni əsilli keçmiş deputatı Karo Paylan...guya yuxusundan danışıb.

O etiraf edib ki, Bakıda həyatdan zövq almaq, azərbaycanlıların isə Sevan gölündə istirahət etmək arzusundadır.

...Mən türklər, kürdlər, azərbaycanlılar və ermənilər üçün çalışacağam, çünki onlar mənim qardaşımdır. Arzum Şuşaya getmək, erməni və ya Azərbaycan konyakını içmək, Bakıda həyatdan həzz almaq, həmçinin azərbaycanlıların yay tətilini Sevan gölündə keçirə bilmələridir.

SİA erməni saytına istinadən xəbər verir ki, o, bunu İnstaqramda onlayn müzakirə zamanı bildirib.

Sayt xatırladır ki, Paylan sentyabr ayında Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibədə deyib ki, dostların sayını artırmaq, düşmənləri isə azaltmaq lazımdır.

O, Ermənistan iqtisadiyyatının inkişafını Türkiyə ilə sərhədin açılması ilə əlaqələndirib.

Yeri gəlmişkən xatırladaq ki, Paylan 23 aprel 2022-ci ildə Türkiyə parlamentinə 1915-ci il “eməni soyqırımı”nın tanınması üçün qanun layihəsi təqdim etmişdi.

Yenə də erməni saytlarının yazdığına görə, guya bundan sonra o, Türkiyə hakimiyyəti və müxalifətinin hücumlarına məruz qalıb.

Belə ki, millətçi İYİ Partiyasının lideri Meral Akşener Paylanı “hüdud bilməyən bir fiqur” adlandırıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə məhkəmə sisteminin Paylanın “qanunsuz” və “əxlaqsız” hərəkətlərinə qiymət verməli olduğunu bildirib?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə