Tramp artıq Amerika kəşfiyyatından məlumat almağa başlayıb

ABŞ Milli Kəşfiyyat Xidməti artıq hazırkı vəziyyətlə bağlı hesabatları yeni seçilmiş prezident Donald Trampa ötürməyə başlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” mənbələrə istinadən yazır.

...Seçkidən az sonra ona Milli Kəşfiyyat Direktorluğundan hesabatlar gəlməyə başlayıb,- materialda deyilir.

...İdarənin özü jurnalistlərə bildirib ki, ölkənin seçilmiş rəhbərinə lazımi məlumatların verilməsi 1952-ci ildən bəri davam edən ənənədir.

Lakin Trampın komandası vəziyyətlə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb.

Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Tramp qalib oldu. O, artıq yaxın 4 ildə ölkəni idarə edəcək komanda formalaşdırmağa başlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə