Çində naməlum şəxs məktəbə bıçaqla hücum edib.
Hücum zamanı ən azı 8 nəfər ölüb, daha 17 nəfər isə yaralanıb.
SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə Sinxua agentliyinə istinadən xəbər verir.
Hücumun şənbə günü baş verdiyi qeyd edilir. Çinin şərqindəki Jiangsu əyalətində peşə məktəbinə hücum edilib. Hələlik başqa təfərrüatlar yoxdur.
Weibo platformasında cinayətdə şübhəli bilinən şəxsin saxlanıldığını yazırlar.
Bu, 21 yaşlı Xu Mujindir.
İlkin məlumata görə, o, imtahandan kəsilib və sertifikat almayıb.
Hazırda yaralılar xəstəxanalara çatdırılır, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə