...Kiyev Moskva ilə danışıqlar aparmasa, bütün şərq torpaqlarını itirəcək. Hadisələrin bu nəticəsini NATO-nun keçmiş müşaviri və İsveçrə Baş Qərargahının istefada olan polkovniki Jak Bo proqnozlaşdırıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, onun sözlərini RİA Novosti sitat gətirir.
Keçmiş hərbçinin sözlərinə görə, Qərb Rusiya ilə bağlı hesablamalarında əvvəlcə səhv edib, çünki sanksiyaların köməyi ilə Moskvanı məğlub edə biləcəyini güman edirdi. ...Biz elə bir vəziyyətə doğru irəliləyirik ki, Ukraynanın bütün şərq hissəsi Rusiyanın nəzarəti altında, Ukraynanın qalan hissəsi isə neytral olacaq.
Bunu Bo deyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə