Parisdə girovlar azad edildi, təqsirləndirilən şəxslər həbs olundu

...Paris ətrafında yerləşən restoranda girov götürülən 4 nəfər azad edilib. Onlar xəsarət almayıblar. Girov götürməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə BFMTV yazır.

...Dörd əməkdaş sərbəst buraxılıb, təqsirləndirilən şəxs həbs olunub.

Hələlik girov götürən şəxsin motivləri müəyyən edilməyib. Bundan əvvəl Paris yaxınlığında yerləşən İssi-Les-Mulineaux adlı kiçik qəsəbədə bıçaqla silahlanmış şəxs restoranlardan birində insanları girov götürmüşdü.

Xarici nəşrlər yazır ki, işğalçı müəssisə sahibinin narkomaniyadan əziyyət çəkən oğludur. Girov götürən, girovların sayı və hüquq-mühafizə orqanlarının əməkdaşlarının hərəkətləri barədə məlumat verilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə