Livandan çıxın! - TÜRKİYƏ XİN

Müharibənin Yaxın Şərqdə yayıla biləcəyi ilə bağlı narahatlıqlar səbəbilə Türkiyə də daxil olmaqla bir çox ölkə Livandakı vətəndaşlarından ölkəni tərk etmələrini istəyib. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN Livanda olan türklərə çağırış edib. Xarici İşlər Nazirliyi hazırda Livanda olan türklərə Livanda təhlükəsizlik vəziyyətinin sürətlə pisləşəcəyi təqdirdə ölkəni tərk etmələrini tövsiyə edib.

Verilən açıqlamada, insanlara "vacib" olmadıqca Livana səyahət etməkdən çəkinmələri tövsiyə edilib və onlardan "zəruri olmadıqca Nabatiyeh, Cənubi Livan, Bekaa və Baalbek-Hermel əyalətlərinə" getməməkləri tövsiyyə olunub.

Eyni zamanda məlumatda qeyd olunub :“Livanda qalmağa ehtiyacı olmayanlara, mümkünsə, kommersiya uçuşları davam edərkən Livanı tərk etmələri tövsiyə olunur”.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə