Çin, NATO ölkələrini soyuq müharibə zehniyyətini atmağa və Şərqə genişləndirilməsi planlarından imtina etməyə çağırır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Çin səfiri Canq Hanhui danışıb.

Səfir Asiya Sakit okean bölgələrinin "geosiyasi oyunlar üçün şahmat taxtasından daha çox əməkdaşlıq və inkişaf ərazisi" olduğunu vurğulayıb. Çin diplomatının sözlərinə görə, bölgə uzunmüddətli rifah və sabitliyi qoruyub saxlaya və qarşılıqlı hörmət, açıq əməkdaşlıq, qarşılıqlı fayda, qalibiyyətlə əməkdaşlıq və dövlətlər arasındakı fərqləri həll etmək bacarığı sayəsində "Asiya Sakit okean möcüzəsi" yarada bilib.

Onun sözlərinə görə, mürəkkəb beynəlxalq vəziyyətdə Asiya Sakit Okean xalqları sərt səylər nəticəsində yaradılan sülhün inkişafına dəyər verir. "Onlar NATO-nun Asiya Sakit okean bölgəsinə genişlənməsinin əsl məqsədi və acınacaqlı nəticələrini başa düşürlər. Həmişə strateji olaraq ayıqdırlar və bilərəkdən bölgədə sülh və sabitlik qoruyublar”, - diplomat qeyd edib.

“Bu bölgədəki ölkələr və burada yaşayan insanlar heç vaxt NATO-nun və digər xarici qüvvələrin Asiya Sakit Okean bölgəsinə təsirini qəbul etməyəcəklər. Asiya Sakit Okean bölgəsi sülh dialoqu üçün bir məkandır, NATO-nun Asiya Sakit Okean versiyasını və “NATO-laşma”nı rədd edir”, - səfir bildirib.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə