"Qərb Rusiyanı günahlandırır" - PUTİN

Qərb ölkələri Rusiyanın taxıl və gübrələrinin tədarükünü əngəlləyir, eyni zamanda ikiüzlülüklə qlobal ərzaq bazarındakı böhranda Rusiyanı günahlandırır. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Paradoksal mənzərə yaranır: bir tərəfdən Qərb ölkələri bizim taxıl və gübrələrimizin tədarükünə maneçilik törədir, digər tərəfdən isə qlobal ərzaq sahəsində mövcud böhran vəziyyətinə görə ikiüzlülüklə bizi günahlandırırlar”, - Rusiya prezidenti Rusiya-Afrika İqtisadi və Humanitar Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu yanaşma BMT Katibliyinin iştirakı ilə bağlanmış və ilkin olaraq qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsinə, aclıq təhlükəsinin azaldılmasına və ən yoxsul ölkələrə, xüsusilə Afrikaya yardıma yönəlmiş taxıl sazişinin icrası zamanı aydın idi.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə